🇦🇿🗼 Qarabağda ilk yerüstü naviqasiya sistemləri quraşdırıldı! 👍
⠀
Uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür. Bu siqnalları ilk dəfə Azərbaycan Milli daşıyıcısının (AZAL) təyyarələri qəbul edib.
⠀
İndi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli beynəlxalq hava limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər.
⠀
Bu radioçağırış siqnalları qeydiyyata alınaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən təsdiq edilmişdir.
⠀
Ətraflı: ↪️ https://www.azal.az/az/article/629
No comments:
Post a Comment